kriminal.az

"S&P Global" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, S&P-nin proqnozlarına görə, 2026-cı ildə ölkədə inflyasiya 3%-ə qədər azalacaq.

İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvarında) görə, bu il inflyasiya 5,5%, 2026-cı ildə isə 3,8% olacaq.

Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın bu il 3,6%, 2026-cı ildə isə 3,1% təşkil edəcəyini proqnozlaşdırır. Niderlandın "ING Group"u ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4,8%, 2026-cı ildə isə 4,7% artacağını gözləyir.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2% təşkil edib. 2025-ci ilin yanvar ayında istehlak qiymətləri 5,4% artıb.

Top
0.047790050506592