kriminal.az
Xocalı soyqırımının ildönümü üçün hazırlıqlar başa çatdı

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb.

Bu barədə Kriminal.Az-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

O qeyd edib ki, "Ana fəryadı" abidəsinin yerləşdiyi park il ərzində daim nəzarətdə saxlanılır və hər il olduğu kimi bu il də ziyarət üçün xüsusi hazırlıqlar görülüb:

"Parkın ətrafına baxış keçirilib, çatışmayan nələr varsa, bərpa edilib. Günlüklər, işıq dirəkləri, oturacaqlar və məhəccərlər yenidən rənglənib, mövsümi güllər əkilib. Həmçinin parkın işıqlandırma sistemində yaranan problem də aradan qaldırılıb, 2 min metr uzunluğunda kabel xətti dəyişdirilib".

Aləmdə Nəsib

Top
0.060937166213989