kriminal.az
Manuela Traldi:

"Azərbaycanın biznesin aparılması ilə bağlı yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir".

Kriminal.Az "Report"a istinadla xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Bakıda keçirilən "Global CEO Summit 2025"də çıxışı zamanı bildirib.

"Azərbaycanı müşahidə edən bir əcnəbi kimi, mən son 10 ildə ölkənin heyrətamiz inkişafının şahidi oldum. Müasir Azərbaycan və onun biznes mühiti on il əvvəlkindən köklü şəkildə fərqlənir. Ölkənin istehsalçı və ixracatçıya çevrildiyini görmək, həqiqətən, ruhlandırıcıdır. Şirkətlərinizi nəinki yeni səviyyəyə qaldırdınız, həm də ölkənin özünü dəyişdirdiniz. Bu, beynəlxalq aləmdə Azərbaycan haqqında təsəvvürü dəyişir. Sizin yanaşmanız tanınmağa layiqdir, çünki belə təsirli nəticələr yalnız müstəsna səylər hesabına əldə edilə bilər", - o vurğulayıb.

M.Traldi, həmçinin bildirib ki, Avropa və Azərbaycanda işgüzar yanaşmanın bənzərliyinə baxmayaraq, əsas fərq Azərbaycan modelinin yüksək dinamikliyi olaraq qalır:

"Çətin şəraitlərdə tez uyğunlaşmaq və həll yolları tapmaq bacarığı xüsusilə dəyərlidir. Bu məsələdə azərbaycanlılar və italyanlar bir çox cəhətdən oxşardırlar. Bu yanaşma çeviklik və çağırışlara hazırlıq tələb edir. Siz bunun uğurla öhdəsindən gəlirsiz".

Top
0.04589319229126