kriminal.az
Qarlı havada xəsarət alanların SAYI AÇIQLANDI

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində indiyədək 327 nəfərin müraciəti qeydə alınıb.

Bu məlumat Kriminal.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd olunub ki, onlardan 152-si qadın, 175-i kişidir.

"Müraciət edənlərdən 298 nəfəri müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunublar. 30 nəfərə isə yerində yardım olunub", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Top
0.056900978088379