Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon sakini Vüsalə Ədilovanın əlilliyi ilə bağlı müavinətinin kəsilməsi məsələsinə münasibət bildirib.
Qurumdan Kriminal.Az-a bildirilib ki, Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilovaya təyin olunan əlillik müddəti 27.12.2024-cü il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.
Qeyd edilib ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir:
"Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər(forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin.
Bu barədə Vüsalə Ədilovanın ailəsinə də məlumat verilib".
19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.
Kriminal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, o, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonunun Çənlibel qəsəbəsində yaşayır.
Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.
Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.
Ətraflı süjetdə:
