Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az-ın məlumatına görə, rayonun Hüsülü kəndi ərazisində 44-BN-949 dövlət nömrə nişanlı "KamAZ", 10-EU-397 dövlət nömrə nişanlı VAZ-2106 və 99-EL-778 dövlət nömrə nişanlı "Lada Priora" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Lada Priora"nın sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində həyatını itirib.
Müxtəlif dərəcəli xəsarətlər alan sürücünün atası, 83 yaşlı Yusif Allahverdi oğlu İmanov, 77 yaşlı Cəlilabad Əbdül oğlu Nadirov və 53 yaşlı Vüqar Cəmşid oğlu Əhmədov Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Əzizə İsmayılova