kriminal.az
Bakıda mərkəzi küçələrin birində dükanlar kütləvi şəkildə BAĞLANIR - SƏBƏB

Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. İllərboyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırırlar? Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir?

Kriminal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, obyektlərin üzərində "Kirayəyə verilir", "İcarəyə verilir" yazılıb, hətta hissə-hissə icarəyə təklif olunanı da var.

Sahibkarlar bildiriblər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb. Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstəriblər.

Səbəb kimi bazarda rəqabətin artması, digər ərazilərdə də belə mağazaların çoxaldığını deyənlər də var.

Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi. Bildirilib ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayırlar, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Həsən Əliyev küçəsində "ASAN Xidmət" mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub.

Küçənin digər hissələrində isə hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir.

İqtisadçı ekspertlər isə bildirirlər ki, həmin ərazidə icarə qiymətləri kifayət qədər yüksək olduğundan, mallar daha baha qiymətə təklif olunur. Alternativ bazarlarda isə qiymətlər daha ucuzdur. Bu da ərazidə ticarətin zəifləməsinə, sahibkarların dükanları bağlamasına səbəb olur.

Ətraflı süjetdə:

Bakıda mərkəzi küçələrin birində dükanlar kütləvi şəkildə BAĞLANIR - SƏBƏB

Top
0.052564859390259