kriminal.az
Binə qəsəbəsində obyekt yandı

Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın hadisəsi baş verib.

Kriminal.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı Kriminal.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib.

"Bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Top
0.05251407623291