kriminal.az
18 nəfərin ölümünə səbəb olan spirtin istehsalına və idxalına nəzarət necə həyata keçirilir?

"Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən, yerli dərman istehsalına dəstək məqsədilə, qanunvericiliyə uyğun olaraq risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının dövriliyi nəzərə alınaraq, hər il yerli dərman istehsalçılarının yoxlaması aparılır. Yoxlamalar yalnız lisenziya əsasında fəaliyyət göstərən dərman vasitəsi olaraq istifadə edilən tibbi spirt istehsal edən müəssisələrdə keçirilir".

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, mərkəzin müvafiq məlumat bazalarına əsasən, hazırda xaricə istifadə məhlulu hazırlanması üçün konsentrant istehsal edən iki əcnəbi (Rusiya və Belarus) və xaricə istifadə üçün tibbi spirt istehsalçısı olaraq iki yerli şirkət Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdadır.

Eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeyinti sənayesi üçün etil spirtinin istehsalına və idxalına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, kimyəvi maddə kimi məişətdə, istehsalatda istifadə edilən etil spirtinin istehsalına nəzarətin aparılması "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 2015-ci il tarixindən dayandırılıb.

"Rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna (ГОСТ 5962-2013 Dövlətlərarası Standartı üzrə yeyinti sənayesi üçün istifadə oluna bilməz) və onun əsasında istehsal olunan etil spirti əsaslı əllərin və ya səthlərin təmizlənməsi üçün gigiyenik vasitələrə istehsalçıların müraciətlərinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzin tərəfindən gigiyenik sertifikatlar verilə bilər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumatlar birmənalı olaraq qeyd edilir", - deyə cavabda bildirilib.

Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. , 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

Qeyd edək ki, son iki gündə isə , rayonlarında daha üç nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Aləmdə Nəsib

Top
0.050467014312744