Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Kriminal.Az-a onun anası Gülnar Abdulova məlumat verib.
O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:
"İl yarımdır ki, Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Türkiyədə "Ege" Universitetinin xəstəxanasında müalicə alırıq. Və 1 həftə əvvəl donor köçürüldü. ilik nəqli oldu. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Balamı itirmək istəmirəm. Onu itirməyə dözə bilmərəm. Xalqımdan xahiş edirəm, bizə əl uzatsınlar. İndi biz Xəyal üçün lazım olan dərmanları almalıyıq, amma buna gücümüz çatmır. Xəyala 20 ədəd trombosit köçürülməlidir. Birinin qiyməti 570 manatdır. Bunları ala bilmək üçün bizə 11 min 400 manat pul lazımdır. Yalvarıram, balamı ölməyə qoymayın".
Əlaqə nömrəsi: (051) 704-41-64.
Kart: 4169738868316781