kriminal.az
Bakıda bəzi yollarda sürət həddi ENDİRİLDİ

Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hazırda mərkəzin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib. Məlumat-sürət tablolarında "buzlu yol" işarəsi qoyulub. Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur.

Top
0.052957057952881