kriminal.az
Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?

Qız tələbələrin adından səhifələr yaradılır, icazələri olmadan şəkilləri paylaşılır.

Kriminal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, universitetdə təhsil alan bəzi şəxslər də məsələni təsdiqləyirlər. Hətta tələbələr bir-birlərinə diqqətli olmaları, ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq da ediblər.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bununla bağlı müəyyən tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

"Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma həyata keçirilir. Universitet tərəfindən hüquq-mühafizə orqanlarına zəruri dəstək və köməklik göstərilir. Bu kimi məsələlərin araşdırılması universitetin səlahiyyətindən və imkanlarından xaric olduğu üçün biz hüquq-mühafizə orqanları tərəfindən müvafiq qiymətləndirmə gözləyirik",- deyə universitetin açıqlamasında bildirilib.

Ətraflı süjetdə:

Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?

Top
0.058335065841675