"Firefly Aerospace" şirkətinin "Blue Ghost" eniş modulu bu bazar günü, martın 2-də Ayın səthinə tarixi eniş etməyə hazırlaşır.
Kriminal.Az bu barədə Focus.ua-ya istinadən xəbər verir.
Bildirilir ki, modul 100 kilometr hündürlükdən Ayın kraterlərlə örtülmüş qaranlıq tərəfini çəkərək inanılmaz şəkillər göndərib.
Qeyd edək ki, "Blue Ghost" yanvarın ortasında "Falcon 9" raketi ilə orbitə çıxıb və fevralın 14-də Ay ətrafında dövr etməyə başlayıb. Bu bazar günü modul yumşaq eniş etməyi planlaşdırır. Eniş baş tutarsa, "Blue Ghost" Ayın səthində NASA tərəfindən göndərilən bir neçə innovativ alət və eksperimentləri həyata keçirəcək.
Bu missiya tarixi əhəmiyyət kəsb edir, çünki bundan əvvəl yalnız bir özəl modul - "Intuitive Machines" şirkətinin "Intuitive" modulu keçən il Ayda uğurlu eniş edib. "Blue Ghost" Ayda yumşaq eniş edən ikinci özəl modul olacaq.
Ayda iki həftəlik missiya zamanı "Blue Ghost" Ayın səthini araşdıracaq və Günəş küləyinin təsirini ölçəcək. Lakin ay gecəsi başladıqda missiya sona çatacaq.