kriminal.az
Bu gün yazıçı-nasir Fərman Kərimzadənin doğum günüdür

Bu gün azərbaycanlı yazıçı-nasir Fərman Kərimzadənin doğum günüdür.

Kriminal.Az xatırladır ki, Fərman İsmayıl oğlu Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.

1944-1951-ci illər ərzində ibtidai təhsilini orada alıb.

1954-cü ildə Beyləqan rayonunun Şahsevən kəndində orta məktəbi bitirib.

1955-1960-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

O, 1962-1965-ci illərdə İsmayıllı və keçmiş Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olub.

Daha sonra rayonun "Yüksəliş" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləyib.

1965-1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olub. Şüvəlan Yaradıcılıq Evinin direktoru (1980-1981) işləyib.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

O, 1989-cu il mart ayının 17-də vəfat edib.

Top
0.051331996917725