kriminal.az
Mask Zelenskini əbədi müharibə istəməkdə ittiham etdi

Sahibkar və ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin əbədi müharibə istədiyini bildirib.

Kriminal.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Zelenski əbədi müharibə, sonsuz korrupsiya maşını istəyir. Bu pisdir", - yazıda qeyd olunub.

Söhbət Zelenskinin Londonda keçirilən mətbuat konfransındakı çıxışından gedir ki, həmin çıxışda o, sülh sazişinin hələ çox uzaq olduğunu, lakin ABŞ-nin davamlı dəstəyinə ümid etdiyini bildirmişdi.

Top
0.051623106002808