kriminal.az
Qrenlandiyanın baş naziri:

"ABŞ Prezidenti Donald Tramp anlamalıdır ki, qrenlandiyalılar ABŞ-li olmaq istəmirlər".

Kriminal.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Qrenlandiyanın Baş naziri Mute Eqede sosial şəbəkə hesabında yazıb.

"Qrenlandiya bizimdir. Biz nə ABŞ-li, nə də danimarkalı olmaq istəyirik. Biz qrenlandiyalıyıq", - deyə o bildirib.

Eqede qeyd edib ki, adanın sakinləri satılmır, Tramp və ABŞ-lilər da bunu başa düşməlidirlər.

"Gələcəyimiz Qrenlandiyada bizim öz tərəfimizdən həll edilir", - deyə baş nazir qeyd edib.

Xatırladaq ki, Donald Tramp martın 4-də Konqresdə çıxışı zamanı ABŞ-nin Qrenlandiyanı əldə etmək imkanını nəzərdən keçirməyə davam etdiyini deyib.

Top
0.067551136016846