kriminal.az
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: ÖLƏN VAR

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.

Kriminal.Az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Svetlana Məmmədova hadisə yerində dünyasını dəyişib, Rafet Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Top
0.062945127487183