kriminal.az
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı

Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, Gülbəniz Bayramova bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, fəaliyyəti dönəmində etdiyi ciddi nöqsanlara görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şiddətli töhmət verilib. Direktora töhmətdən sonra sonuncu dəfə xəbərdarlıq edilmişdi.

Məhərrəm Əliyev

Top
0.058102130889893