kriminal.az
Mingəçevirdə məktəbli BIÇAQLANDI

Mingəçevirdə yeniyetmə bıçaqlanıb.

Kriminal.Az xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivi ərazisində qeydə alınıb.

Qeyd olunur ki, mübahisə və münaqişə zəminində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.

Top
0.056791067123413