kriminal.az
Bakıda ölümlə nəticələnən AĞIR QƏZA

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Kriminal.Az "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ramin Həsənov idarə etdiyi "KIA Rio" markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.

Nəticədə R.Həsənov hadisə yerində ölüb. Elman Cəbrayılov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Top
0.057315111160278