Xəzərin Corat sahillərində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Kriminal.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Xəzər dənizinin Corat qəsəbəsi ərazisinə düşən hissəsində balıqların qeyri-qanuni ovu ilə məşğul olan B.Əlibabayev saxlanılıb.
Həmin şəxsdən qadağan olunan ov alətləri, həmçinin qanunsuz ovladığı 92 ədəd balıq aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.