kriminal.az
Yeni Günəşlidə ağır QƏZA: 23 yaşlı qız HƏYATINI İTİRDİ

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kriminal.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Kriminal.Az-a açıqlamasında faktı təsdiqləyib.

"Hadisə martın 12-də saat 22:39-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qeydə alınıb. "Reanault Meqan" markalı, 77-EL-135 dövlət nömrə nişanlı avtomobillə "Toyota Aqua" markalı, 77-UP-712 dövlət nömrə nişanlı maşın toqquşub.

Hadisə nəticədə bir nəfər - Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Sevinc Abdulla qızı Abdullazadə həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.

Əzizə İsmayılova

Top
0.054445028305054