kriminal.az
Ağstafada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

Ağstafada dönərdən şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

"Martın 13-də, saat 17:15-dən 21:40-a kimi on nəfər (ikisi kişi, səkkizi qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar. Onlara zəruri tibbi yardım göstərilib", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Top
0.054167032241821