Goranboyda məktəblilər zəhərləniblər.
Kriminal.Az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri, Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü N.K. və onun yaşıdı S.Ə. şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halları pisləşib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.