kriminal.az
BDYPİ:

"Təhlükəsizlik baxımından avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir".

Bu sözləri Kriminal.Az-a açıqlamasında Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, avtomobillərə əlavə qaz avadanlığı yalnız müvafiq rəy əsasında ixtisaslaşmış servislərdə quraşdırılmalıdır:

"Lakin tələblərə uyğun quraşdırılmış olsa belə, avadanlığın düzgün istismar edilməməsi, ona lazımi qulluq göstərilməməsi, vaxtında texniki müayinəyə təqdim olunmaması, bununla yanaşı, texniki-təhlükəsizlik baxımından köhnə, istifadəyə yararsız avtomobillərdə istifadəsi bu növ avtomobillərin iştirakı ilə baş verən qəzalar zamanı ağır fəsadlara gətirib çıxarır.

Odur ki, təhlükəsizlik baxımından, avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir".

Xatırladaq ki, ötən gecə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində "Azsamand" markalı nəqliyyat vasitəsinin baqajında quraşdırılan Eyni hadisə daha öncə - yanvarın 4-də də Bakının Nizami rayonu, Babək prospektində taksi şirkətlərindən birinə məxsus olan "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış, həcmi 200 litr olan qaz balonunda baş vermiş ani nəticəsidə sürücü İlqar Rzayev müxtəlif dərəcəli xəsarətlər almışdı.

Aygün Mirakif

Top
0.053765058517456