kriminal.az

"Neft Daşları"nda kran tarazlığını itirərək dənizə düşüb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-ın "Azneft" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün saat 16:25-də "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı "Libher Gravleer" markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Zahid Ramazan oğlu Tağıyev həyatını itirib.

Mərhumun nəşi saat 18:10-da tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Top
0.06174111366272