kriminal.az
Ağır xəstəlikdən əziyyət çəkən Məryəm yaşamaq uğrunda mübarizə aparır

On yaşlı Məryəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Vəfa Əliyeva məlumat verib.

O bildirib ki, övladı neyrofibromatoz xəstəliyindən (Reklinqxauzen xəstəliyi) əziyyət çəkir:

"Məryəmin on yaşı var. O, neyrofibromatoz xəstəliyindən əziyyət çəkir. Hazırda üzündəki şiş o qədər böyüyüb ki, qulağına və gözlərinə problem yaradır. Həkimlər hazırda onun müalicəyə alınmalı olduğunu, daha sonra isə əməliyyatla qulağındakı şişi götürəcəklərini deyiblər".

Gənc ana Məryəmdən başqa, iki övladının da olduğunu deyib:

"Mənim Məryəmdən böyük bir qızım, bir də kiçik oğlum var. Böyük qızımda qıcolma, oğlumun isə böyrəklərində problem var. İki dəfə əməliyyat keçirib. Uşaqların atası bizi illər əvvəl atıb gedib, uşaqları ilə nə maraqlanır, nə də dəstək olur. Bu gün Məryəmi həkimə aparmalıyam, inanın, cəmi altı manat pulum var. Güc-bəla ilə dolanırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm. Məryəmin vəziyyəti çox ağırdır, mən onu itirməkdən çox qorxuram".

Ailə ilə əlaqə: (051) 826-33-61.

"Kapital Bank": 4169 7388 9844 3787.

Ağır xəstəlikdən əziyyət çəkən Məryəm yaşamaq uğrunda mübarizə aparır

Top
0.053641796112061