Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri diqqətli olmağa çağırır.
Bu barədə Oxu.Az-a BDYPİ-dən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
- Sürət həddini hava şəraitinə uyğun seçin;
- Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin;
-Ötmə və kəskin manevrlərdən çəkinin;
-Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın;
- Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun;
Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.