kriminal.az
UEFA Millətlər Liqası: Niderland İspaniya ilə bacarmadı, İtaliya evdə, Fransa səfərdə məğlub oldu

UEFA Millətlər Liqasında pley-off və 1/4 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə 12 görüş keçirilib.

İştirakçı komandaları nəzərə alaraq, azarkeşlər arasında 1/4 final oyunları daha çox marağa səbəb olub.

İspaniya səfərdə Niderlandın qonağı olub. Komandalar sülhlə ayrılıblar - 2:2.

Xorvatiya öz meydanında Fransanı qəbul edib. Balkan komandası "xoruzlar"a şans verməyib - 2:0.

Danimarka - Portuqaliya matçının taleyini bir qol həll edib. Oyunun sonlarına yaxın fərqlənən meydan sahibləri minimal hesablı qələbə qazanıblar - 1:0.

İtalyanlar doğma azarkeşləri önündə almanlara uduzublar. İlk qolu meydan sahibləri vursalar da, qonaqlar geridönüş etməyi bacarıblar - 1:2.

Pley-off matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

20 mart

UEFA Millətlər Liqası

A/B pley-offu

Türkiyə - Macarıstan 3:1

Avstriya - Serbiya 1:1

Yunanıstan - Şotlandiya 0:1

Ukrayna - Belçika 3:1

B/C pley-offu

Ermənistan - Gürcüstan 0:3

Bolqarıstan - İrlandiya 1:2

Kosovo - İslandiya 2:1

Slovakiya - Sloveniya 0:0

Xatırladaq ki, cavab görüşləri mart ayının 23-də keçiriləcək.

Top
0.054028034210205