10 aylıq Saranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Alena Əliyeva məlumat verib.
O bildirib ki, övladı üzündə anadangəlmə hematoma ilə doğulub.
"Sara 10 aylıqdır. O, üzündə anadangəlmə hematoma ilə doğulub. Həkimlər bizə hematomanın bədənin digər hissələrində olmasının ciddi problem olmadığını, baş ətrafında olmasının isə problemlərə gətirib çıxara biləcəyini dedilər. Buna görə də Sara hazırda müalicələr alır".
Gənc ana övladının müalicəsi və əməliyyatı üçün dəstəyə ehtiyacı olduqlarını deyib.
"Sara bizim ilk övladımızdır, biz onun yolunu böyük səbrsizliklə gözləyirdik. Sara doğulan gündən, demək olar ki, biz bu xəstəliyi araşdırmağa başladıq, müalicə üçün nələr edə biləcəyimiz ilə maraqlandıq. Bizə Moskvaya getməyi, orada müayinədən keçməyi tövsiyə etdilər. Oraya getmək və müayinələrdən keçmək üçün əlimizdə olan pulu, bəzi dəyərli əşyalarımızı satdıq. Həkimlər Saranın üç-dörd kurs müalicə almalı olduğunu, daha sonra hematomanı yandırma üsulu ilə götürəcəklərini deyiblər. Hazırda Saranın müalicəsi üçün 1 500 manata ehtiyacımız var. Sara bizim üzümüzün gülüşü, evimizin işığıdır. Yardımsevər şəxslərdən onun gülüşünün solmamağı üçün bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 962-75-52.
"Bank Respublika": 5235 2222 3630 5245.