kriminal.az
Hans Zimmer möhtəşəm film müsiqilərini necə bəstələyir?

Tanınmış kino bəstəkarı Hans Zimmer musiqi yazarkən xəyali bir qadın obrazından ilham aldığını açıqlayıb.

Oxu.Az "Daili Afisha"ya istinadən xəbər verir ki, həmin qadının adı Dorisdir.

"Mən rejissorlar, prodüserlər, kinostudiyalar üçün musiqi yazmıram. Mənim ağlımda bu uydurma bir obraz var. Onun adı Dorisdir. O, Böyük Britaniyanın Bredford şəhərində yaşayır. O, iki yaramaz uşağı olan tənha anadır. Soyuqdan qızarmış əlləri var və çox çalışır. O, bu uşaqları bəsləmək, kirayə haqqını ödəmək və mübarizə aparmaq üçün inanılmaz bir iş görür.

Həftəsonları onun seçimi var: Ya dostları ilə bara gedə bilər, ya da kinoya. Əgər o, kinoya gedib çətinliklə qazandığı pulları xərcləsə, mən onun bunu boşuna etməsini istəmirəm, filmdən zövq almasını istəyirəm. Mən onun üçün yazıram və ona görə yazıram. Mən Doris üçün yazıram", - deyə bəstəkar bildirib.

Xatırladaq ki, Zimmer ikiqat "Oskar" mükafatçısıdır. O, "Kral şir", "İnterstellar", "Yağış adamı", "Dyuna", "Karib dənizinin quldurları" və bu kimi çox sayda məşhur filmlərin bəstəkarıdır.

Top
0.051620006561279