kriminal.az
1990-cı ildən bəri Çinin yarısına bərabər meşə sahəsi məhv edilib

Dünyada 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə sahəsi məhv olub, bu da Çin ərazisinin yarısına bərabərdir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladimir Moşkalo deyib.

Onun sözlərinə görə, 2015-ci ildən 2020-ci ilə qədər meşələrin qırılma tempi ildə təqribən 10 milyon hektar təşkil edib:

"Bu, təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Hər il dünyada kənd təsərrüfatı məqsədləri də daxil olmaqla, təqribən 25 milyon hektar meşələr qırılır və ya yandırılır".

Top
0.057971000671387