Fransanın media tənzimləyicisi "Arcom" Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbindən "Eutelsat" şirkətinin öhdəsinə qoyub ki, Rusiyanın "Pyatıy kanal"ının və STS telekanalının yayımını qadağan etsin.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan bəyanatda deyilir.
"Bu kanallar Aİ Şurasının 17 mart 2014-cü il tarixli qərarına uyğun olaraq, Rusiyanın iqtisadi resursları dondurulmuş "Milli Media Qrupu" SC tərəfindən idarə olunur, bu da onların yayımına qadağa qoyulmasını tələb edir", - deyə bəyanatda bildirilir.
Mətndə qeyd edilir ki, daha əvvəl "NTV Mir", "Rossiya 1", "Pervıy kanal" və NTV də daxil olmaqla, digər Rusiya kanalları da sanksiyalara məruz qalıb. Bu qərara səbəb kimi nifrətin qızışdırılması, o cümlədən doğru informasiyanın çatdırılması ilə bağlı pozuntular göstərilib.