kriminal.az
Filippində bir qrup turist itkin düşüb

Altı nəfər Filippinlərdəki Talinis vulkanına yürüş zamanı itkin düşüb.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, səyyahların gecələmək üçün ehtiyatları olmayıb və onların son dayanacağı Balinsasayao və Danao gölləri ola bilər.

Xilasetmə işçiləri artıq itkin düşənlərin izlərini və marşrutun əvvəlində onlar tərəfindən qoyulmuş motosikletləri aşkar ediblər.

Turistlərdən biri Rusiya vətəndaşı, üçü alman, biri ingilis və biri kanadalıdır. Regionda aktiv axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Talinis məşhur turistik məkanlardan biridir. Dağın hündürlüyü dəniz səviyyəsindən təxminən 1,9 min metrə çatır.

Top
0.055317878723145