"ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş yaxın bir neçə ay ərzində baş tuta bilər".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Onun sözlərinə görə, D.Trampın ilk prezidentlik dövründə V.Putinlə gözəl münasibətləri olub:
"Fikrimcə, Vladimir Putin prezidentin hazırda Rusiyaya gəlməsinin çətin olacağını bilirdi. Düşünürəm ki, onlar yaxın aylarda görüşəcəklər".