kriminal.az
Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın həyatda qalması üçün köməyinizə ehtiyacı var

Səkkiz yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, övladı 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina-bifida xəstəliyi ilə dünyaya gəlib:

"Doğulan gündən müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında 11 dəfə əməliyyat olundu. Anadangəlmə anal dəliyi olmadığı üçün öncə bununla bağlı əməliyyat olundu, daha sonra isə bağırsaqlarının 90%-i çıxarıldı. Zəhranın müalicəsi ilə bağlı dəfələrlə İranda və Türkiyədə olmuşuq. İyul ayında Türkiyədə yerləşən özəl klinikalardan birində Zəhranın sidik kisəsinə botoks vuruldu. Noyabr ayında isə yenidən müayinə üçün oraya yollandıq. Həkim Zəhranın vəziyyətinin yaxşıya getdiyini, bir dəfə də botoks olunmalı olduğunu, daha sonra isə onun ağır bir əməliyyata girəcəyini dedi".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyaclarının olduğunu deyib:

"Zəhra illərdir müalicələr alır. O, sidiyə yalnız kateter vasitəsilə çıxır. Həkim may ayında yenidən Türkiyəyə gəlməyimizi və botoks etdirməyimizi deyib. Xəstəxana xərclərini qarşılamaq üçün bizim 3 500 manata, biletlərimizi almaq üçün isə 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 430-94-94.

"Leo Bank": 4098 5844 6764 3027.

Top
0.058697938919067