kriminal.az
Fransa polisi dinc nümayişçilərə hücum edib: Üç nəfər yaralanıb

Fransa polisi Qvadelupada (Fransanın Karib dənizinin şərq hissəsindəki regionu və dəniz departamenti - red.) dinc nümayişlər zamanı üç qadını yaralayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin nümayəndəsi Jan-Kakob Bisep özünün "X" hesabında məlumat verib.

"Fransız müstəmləkə qüvvələri Qvadelupada dinc nümayişçilərə hücum edir, nəticədə üç qadın yaralanıb", - deyə Jan-Kakob Bisep özünün "X" sosial şəbəkə hesabında yazıb.

O, həmçinin Fransa hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətlərini sübut edən fotolar paylaşıb.

Top
0.053547143936157