kriminal.az
İspaniyada sel xəbərdarlığı: Güclü fırtınalar ölkəni bürüyüb

İspaniyada son günlərdə müşahidə edilən güclü yağış və fırtınalar səbəbindən bir çox bölgədə xəbərdarlıq elan edilib.

Kriminal.Az-ın "Sabah"a istinadən verdiyi məlumata görə, ölkənin mərkəzi hissələrində intensiv yağışlar xüsusilə Madrid, Toledo və Avila kimi şəhərlərdə çay kənarında yaşayan əhalini təhdid edir.

Rəsmi mənbələr bu bölgələrdə yaşayanların evlərindən təxliyə edildiyini bildirir, paytaxt Madriddən keçən Mansanares və Xarama çaylarının daşma riski səbəbindən xəbərdarlıq səviyyəsinin yüksəldiyi qeyd edilir.

Yerli hakimiyyət orqanları Avilanın cənubundakı rayonlarda fövqəladə vəziyyət elan edərək, bölgə sakinlərindən zəruri olmadıqca evlərindən çıxmamağı xahiş ediblər.

Meteoroloji xidmət mart ayında qeydə alınan yağış miqdarının rekord səviyyədə olduğunu vurğulayıb.

Top
0.056097984313965