kriminal.az
İmamoğlu dindirilmək üçün Ədliyyə Sarayına gətirilib

İstanbul şəhər bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 90 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.

Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək, məhkəmə isə növbəti həbs qətimkan tədbirini seçə bilər.

Qeyd edək ki, Ekrem İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

Top
0.068449020385742