kriminal.az
Sumqayıtda halı pisləşən 3 yaşlı körpə öldü

Sumqayıtda üç yaşlı körpə ölüb.

Oxu.Az "Report"a istinadla verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.

O, Sumqayıt Uşaq Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Top
0.067639112472534