kriminal.az
Mask Baydenin hiyləgər planını açıqladı

ABŞ-in sabiq prezidenti Co Bayden seçki prosesində tərəddüd edən ştatlarda qeyri-qanuni miqrasiyanı təşviq edərək seçiciləri Demokratlar Partiyası tərəfdarlarına çevirmək istəyib.

Kriminal.Az-ın məlumatına görə, bu barədə İlon Mask "X" sosial şəbəkəsində yazıb.

"Bayden administrasiyasının məqsədi tərəddüd edən ştatlarda qeyri-qanuni miqrantları məqsədli şəkildə yerləşdirmək və onların statusunu qanuniləşdirmək yolu ilə bu ştatları Demokrat ştatlara çevirmək idi", - Mask yazıb.

Əgər Baydenin planı həyata keçirilsəydi, Demokratlar Partiyasının siyasətçiləri uzun müddət ölkədə hakimiyyəti ələ ala bilərdilər.

Mask qeyd edib ki, bu təcrübə artıq Kaliforniya ştatında həyata keçirilib.

Top
0.054199934005737