Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyini ziyarət edən şəxs XVIII əsrə aid olan və imperator I Pavelin əyləşdiyi taxtın üstünə çıxdığı üçün saxlanılıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Məlumatda qeyd olunur muzeyə ziyarətə gələn şəxs taxtda əyləşərək selfi çəkməyə çalışıb. Ona edilən irada aqressiv reaksiya verən kişi, ardınca imperatorun oturduğu taxtın üstünə çıxıb.
Muzeyin qaydalarını pozan şəxsi "Rosqvardiya"nın mühafizə xidmətinin əməkdaşları saxlayıblar.