Alimlər Mariana çökəkliyində kosmik gəmilərin gurultusuna bənzəyən sirli səslərin mənşəyini izah etməyə nail olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Science XXI" portalı məlumat yayıb.
Planetin ən dərin yerindən gələn səsin Brayd balinalarının çıxardıqları səs olduğu üzə çıxıb. Belə ki, balinalar bu yolla istiqamət götürürlər və ünsiyyət saxlayırlar. Onlar metal cingiltisinə oxşar səslər çıxarırlar.
Bildirilir ki, bu hal ilk dəfə 2014-cü ildə Sakit okeanda çökəkliyin akustik tədqiqatı zamanı qeydə alınıb. Mütəxəssislərin qənaətincə, səslər yalnız Sakit okeanın şimal-qərb hissəsində eşidilir.