kriminal.az
Ən yaxşı milli komanda futbolçusu açıqlandı: Bu nə Messi, nə də Ronaldudur

Məşhur Britaniya portalı "Give Me Sport" milli komandalar tarixinin ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Oxu.Az xəbər verir ki, reytinqin lideri Braziliyanın əfsanəvi hücumçusu Pele olub. O, dünya çempionatının yeganə üçqat qalibidir.

Peledən sonra Argentina milli komandası ilə son dünya çempionatını və iki Kopa Amerika kubokunu qazanan Lionel Messi gəlir.

Reytinqin bürünc mükafatı isə braziliyalı Kafuya verilib.

Dördüncü yerdə əfsanəvi argentinalı Diego Maradona, beşinci yerdə isə iki Avropa çempionatı və bir dünya çempionatının qalibi olan ispan Serxio Ramos yer alıb.

Top
0.066796064376831