Çexiya Prezidenti Petr Pavel öz hərbi qüvvələrini Avropa sülhməramlı kontingentinin tərkibində Ukraynaya göndərməyə hazır olduğunu bildirib.
Kriminal.Az-ın eurointegration.com.ua-ya istinadən verdiyi məlumata görə, bu kontingenti göndərmək üçün birgə hazırlıq işləri başlayar-başlamaz Çexiya onun bir hissəsi olacaq.
Eyni zamanda, Pavel qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olan güclü Avropa dövlətləri qrupu olmalıdır və yalnız o zaman Çexiya onların arasında olacaq.