ABŞ Ukrayna ilə bağlı sazişi 20 aprel Pasxa bayramına qədər bağlamaq istəyir.
Kriminal.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, təxmini müddət məhz belədir.
Məlumata görə, ABŞ hələ də atəşkəsin bir neçə həftə ərzində əldə edilə biləcəyinə ümid edir. Ağ Ev 20 aprelə qədər saziş bağlamağa çalışır ki, bu da Pasxa bayramına təsadüf edir. Eyni zamanda, Vaşinqtonda tarixlərin dəyişə biləcəyini də anlayırlar.
Avropa rəsmiləri isə ABŞ Prezidenti Donald Trampın "diplomatik zəfərə" Ukraynanın maraqlarını fəda etməsi hesabına nail ola biləcəyindən narahatdırlar.