14 fevralda xəstəxanaya yerləşdirilən və yalnız bu gün evə buraxılan Roma Papası Fransisk insanlar qarşısında çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
Pontifik xəstəxananın beşinci mərtəbəsindəki eyvanına çıxaraq izdihamı salamlayıb və xeyir-dua verib.
"Hamınıza təşəkkür edirəm! Sarı çiçəkləri olan xanımı görürəm, ona afərin", - deyə Papa bildirib.
Xatırladaq ki, fevralın ortalarında 88 yaşlı Roma Papası tənəffüs yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilib.