Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, Qax rayonu, Tasmalı kənd sakini, 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanova ev şəraitində inyeksiya olunan "Seftriakson" dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.