kriminal.az
Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Top
0.088478088378906