Xırdalanda 17 yaşlı qız itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a yaxınları məlumat verib.
Bildirilib ki, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 3 ünvanında yaşayan 19 avqust 2007-ci il təvəllüdlü Əsmanur Cahangir qızı Məmmədova martın 21-i tarixindən itkin düşüb.
Ailə üzvləri qızın itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib.